Cocuq Mərcanlıda partlamamış hərbi sursat tapıldı

Cocuq Mərcanlıda partlamamış hərbi sursat tapıldı
04:53 20 May 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 19-da Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində 1 495 ədəd qəlpə, 2 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina (1 ədəd TM-57 minası və 7 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 19 064 kv.m (1.91 ha) ərazi tam təmizlənib, 28 100 kv.m (2.81 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR