Play Store

İranda keçirilmiş prezident seçkilərində seçicilərin 70 faizi iştirak edib

İranda keçirilmiş prezident seçkilərində seçicilərin 70 faizi iştirak edib
05:47 20 May 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İranın bütün seçki məntəqələrində prezident seçkilərində keçirilən səsvermələr başa çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda həmçinin qeyd olunur ki, seçkilərdə səsvermə hüququ olan ölkə vətəndaşlarının 70 faizi iştirak edib. Nazirlik 40 milyon seçicinin səs verdiyini bildirib.
Qeyd edək ki, ölkədə prezident seçkiləri ilə yanaşı, şəhər şuralarına və parlamentə növbədənkənar seçkilər də keçirilib. Gün ərzində ümumilikdə 63 min seçki məntəqəsi fəaliyyət göstərib.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-randa-kecirilmis-prezident-seckilerinde-secicilerin-70-faizi-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR