Liviyada aviabazaya hücum - 141 nəfər həlak oldu

Liviyada aviabazaya hücum - 141 nəfər həlak oldu
06:43 20 May 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyanın cənubunda aviabazaya hücum zamanı 141 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "France Presse" Halif Haftarın komandanlıq etdiyi Liviyanın Milli Ordusunun nümayəndəsi Əhməd Əl-Məsmariyə istinadən xəbər verib.

"Əsgərlər hərbi paraddan qayıdırdılar. Onlar silahsız idilər. Əsgərlərin əksəriyyəti həlak oldu", – deyə Əl-Məsmari bildirib.

Onun sözlərinə görə, həlak olanlar arasında aviabazada işləyən və ya onun yaxınlığında yaşayan dinc sakinlər də var. Hücumun hansı hərbi qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR