Play Store

İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb: ölənlər və itkin düşənlər var

İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb: ölənlər və itkin düşənlər var
07:37 20 May 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb.
"Report"un məlumatına görə, bu barədə "Maritime Executive" nəşri xəbər verib.
Nəşrin məlumatına görə, hadisə zamanı 3 nəfər ölüb, 84 sərnişinin taleyi isə naməlumdur. Ölkənin xilasetmə xidməti 91 nəfərin xilas edildiyini bildirib.
Bərə Yava adasından Borneo adasına doğru hərəkət edirmiş. Yanğın başlayanda ekipaj üzvləri alovu söndürməyə çalışıb. Lakin onlar buna nail ola bilməyiblər. Belə olduqda kapitan heyət üzvlərinə və sərnişinlərə bərəni tərk etmək və xilasetmə jiletlərini geymək göstərişini verib.
İtkin düşənlərin axtarışına başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziyada-178-sernisinin-oldugu-bere-yanib-olenler-ve-itkin-dusenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR