5 azyaşlıya təcavüz edən CİNAYƏTKAR ƏR-ARVAD - FOTOLAR

5 azyaşlıya təcavüz edən CİNAYƏTKAR ƏR-ARVAD - FOTOLAR
08:03 20 May 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərədə yaşayan İan Bradi və Mira Hindley cütlüyü inanılmaz hadisələrə imza atıb. Tarixin ən qatı cinayətkar cütlüyü, İngiltərənin görülməmiş "aşiqləri" hər işi birlikdə etdikləri kimi cinayətləri də birlikdə törədiblər. Dəhşət saçan cütlüyün qandonduran hekayəsi dünya mediasında gündəm olub.

Publika.az sizə İngiltərənin dəhşət saçan cinayətkar cütlüyünün maraqlı hekayəsini təqdim edir:

İan Bradi 1938-ci il yanvar ayının 2-də Şotlandiyada dünyaya gəlib. Qeyri-adi uşaqlıq keçirtməyib. Atasını heç tanımayan tənha Bradi yalnız məktəb illərindən sonra bilib ki, anası da onun doğma anası deyilmiş. Övladlıq olduğunu biləndən sonra Bradi özünü qəribə aparmağa başlayıb. Bəlkə də o bu hərəkətlərlə, gələcəkdə qatı cinayətkara çevriləcəyinin mesajını verməyə başlayıb. Əvvəlcə heyvanlara əziyyət edərək onları öldürən Bradi, sonralar özü ilə eyni yaşda olan uşaqlara hücum çəkməyə başlayıb.

Məktəb illərində almanlara xüsusi marağı olub. Alman dilini öyrənib. 1957-ci ildə həyatının sevgisi ilə qarşılaşıb silsilə qətillər törədəcək Bradi yüngül cinayətlər törətməyə davam edir. Adam öldürmək, oğurluq, təcavüz onun sonradan törədəcəkləri cinayətlərin yanında heç nədir.

Mira Hindley də sevgilisi İan Bradi kimi problemli uşaqlıq keçirib. 1942-ci il iyul ayının 23-də Amerikada doğulub. Sevgilisindən fərqli olaraq, Mira anasını heç vaxt görməyib. Atası tərəfindən böyüdülən Mira gənc yaşlarına çatanda çox gözəl bir qız olub. 13 yaşında atası tərəfindən fiziki hücumlara məruz qalan Mira nəhayət, həyatının travmasını yaşayıb. Atası ona təcavüz edib. Psixoloji travma alan qız 15 yaşında yaxın dostunun intihar etməsində də özünü günahkar bilərək olan-qalan ağlını da itirir.

İan Brandinin üstü açılmamış ilk cinayəti yolda 16 yaşlı sürücünü saxlayaraq ona təcavüz etməsi olub. Qıza təcavüz edən Bradi sonra onun başını küt alətlə qoparana qədər kəsib. Qızın bədənini və başını ayrı-ayrı yerlərdə dəfn edən cinayətkar hadisə yerindən qızın maşını ilə uzaqlaşıb. Bir qədər uzaqlaşdıqdan sonra maşından canını qurtarıb.

İkinci cinayəti artıq cütlük birlikdə törədir. İlk cinayətindən 4 ay sonra Mira ilə qarşılaşan Bradi ən dəhşətli cinayətini törədir. Qadın yoldan keçən bir avtomobili saxlatdırıb 4 ay əvvəl Bradinin cinayət törətdiyi yerə, Sadlvorz istiqamətinə getməsini istəyir. Yoldan sevgilisini götürəcəyini deyən qadın bir neçə kilometr sonra maşını saxlatdırıb yol kənarında onları gözləyən Bradini çağırır. Sürücünü bıçaqlayıb öldürən cütlük maşında olan 12 yaşlı uşağı özləri ilə aparır.

12 yaşlı Keyt Bennet cütlük tərəfindən işgəncələrə məruz qalır. Bradi əvvəlcə uşağa təcavüz edir, daha sonra bir-bir barmaqlarını sındırır, bıçaqlayır və ən sonda boğazına ip keçirərək onu boğur. Mira bütün bunları soyuqqanlı şəkildə izləyir. Bu günə qədər cəsədi tapılmayan qandonduran cinayətin qurbanı 12 yaşlı Keyt Bennetin axtarışları hələ də davam edir.

Cütlüyün azyaşlı uşaqlara qarşı xüsusi marağı olub. Onların digər qurbanı 10 yaşlı Lesley Ann Dovney olur. Psixopat cütlük azyaşlı qızın əl qolunu bağlanmış və çılpaq halda fotoşəkillərini çəkmişdi. İşin ən dəhşətli tərəflərindən biri isə Bradinin uşağın başına gətirdiyi oyunları Mira lentə alıb.

Təcavüz anını lentə alan Mira video boyunca zavallı qızın kəsilməyən ağlamasına, yalvarışlarına soyuqqanlı şəkildə tamaşa edib.

Cütlüyün 1965-ci ildə törətdiyi cinayət onları ələ verir. Cinayətkar cütlük 17 yaşlı Edvard Evansa onlarla birlikdə eyni evdə yaşamağı təklif edir. Uşağı evlərində qonaq edən ikili onun başını baltayla doğruyur. Hadisədən sonra cəsədi evdən sürüyərək çıxaran Bradini görənlər tez polisə xəbər verir. Hadisə yerinə gələn polislər cütlüyü həbs edir və beləcə dünyanın ən qorxunc cütlüyünün silsilə cinayətlərinə son verilir. Bradi və Hindley ömürlük həbs cəzası alaraq ayrı-ayrı həbsxanalara göndərilirlər.

Ömürlük məhkum olunan İan Bradi 79 yaşında ağciyər xərçəngindən dünyasını dəyişir. Mira Hidley isə 2002-ci ildə, 60 yaşında cəza çəkdiyi həbsxanada ölür.

1960-cı illərdə dünyanın ən dəhşətli cinayətlərinə imza atan cütlük öldürdükləri 5 azyaşlı haqqında bacardıqları qədər məlumatları gizlətdilər. Son qurbanları olan 12 yaşlı Keyt Bennett adlı oğlanın cəsədini tapa bilmək üçün polis ölüm döşəyində olan Bradiyə yalvarsa da, bir nəticə əldə edə bilmədi. Son nəfəsində belə uşağın meyitinin harada olduğunu deməyib.

Ölüm döşəyində belə yalan danışan insanı həkimlər özündən sonra tarixdə iz qoymaq, nüfuzunu qorumaq niyyəti güddüyünü deyiblər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/cinayetdunyasi/199487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR