Bakıda gənc velosipedçini avtomobil vurub

Bakıda gənc velosipedçini avtomobil vurub
08:12 20 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Bakıda gənc velosipedçini avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Pirşağı qəsəbəsində evdən çıxaraq velosipedlə marketə gedən 1996-ci il təvəllüdlü Orucov Qeyrət Ceyhun oğlunu minik avtomobili vurub. Nəticədə Q.Orucov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-velosipedcini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR