Namazdan sonra hansı duaları oxumaq lazımdır?

Namazdan sonra hansı duaları oxumaq lazımdır?
08:47 20 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Namazdan sonra oxunması müstəhəb olan "təqibat" adlı xüsusi dualar vardır. Bunların sayı çox, həcmi uzun olduğu üçün, dua kitablarına müraciət etmək məsləhətdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma hər namazdan sonra edilməsi müstəhəb olan qısa və asan əməllər vardır. Məsələn, əlləri üç dəfə yuxarıya, qulaq bərabərinə qaldırıb təkbir (Allahü Əkbər) söyləmək, salavat demək, şükr səcdəsi etmək (yəni səcdəyə gedib 100 dəfə və ya imkanı çatan qədər Allaha şükr etmək), Quranın bəzi surələrini (məsələn, Qədr, İxlas, Fələq, Nas və s. surələri) tilavət etmək, ayətül-kürsi oxumaq, Həzrət Fatimeyi-Zəhranın (ə) təsbihatını icra etmək böyük savaba malikdir. Namazdan sonra 12-ci imamın duasını (Allahümmə kun-li vəliyyikəl...) oxumağın da çoxlu savabı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR