İranda prezident seçkiləri: Həsən Ruhani liderdir

İranda prezident seçkiləri: Həsən Ruhani liderdir
08:58 20 May 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

İranda keçirilən prezident seçkilərində Həsən Ruhani liderlik edir.

Publika.az xəbər verir ki, 37 milyon bülletenin hesablanmasına əsasən hazırkı prezident 21,6 milyon səs toplayıb.

Səslərin sayına görə ikinci yerdə H.Ruhaninin ən yaxın izləyicisi İbrahim Rəisi qərarlaşıb. O, 14 milyon seçici səsi toplayıb.

Xatırladaq ki, İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır - hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR