Oğlanı görüşə çağırıb bıçaqladılar - BAKIDA

Oğlanı görüşə çağırıb bıçaqladılar - BAKIDA
09:27 20 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlan bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Həsən Əliyev küçəsində 1997-ci il təvəllüdlü Səfərov Asif Vasif oğlu naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı binanın həyətinə çağırılıb.

Çağırılan ünvana gedən A.Səfərov orda bıçaqlanıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR