Play Store

18 yaşlı azərbaycanlı İsveçdə istedadlar yarışmasının qalibi olub

18 yaşlı azərbaycanlı İsveçdə istedadlar yarışmasının qalibi olub
09:42 20 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ 18 yaşlı azərbaycanlı İbrahim Nəsrullayev İsveçin "TV4" telekanalının təşkil etdiyi istedadlar yarışması "Talent 2017"nin qalibi olub.
"Report" İsveç KİV-inə istinadən xəbər verir ki, finalda o, İsveç dilində "Hold My Heart" mahnısını ifa edib.
Qeyd edək ki, İ.Nəsrullayev bir il əvvəl ailəsi ilə birgə miqrant kimi İsveçə gedib. Cəmi bir il ərzində gənc oğlan İsveç dilini öyrənib və indi bu dildə sərbəst danışır.
Qalib gəldikdən sonra İ.Nəsrullayev uduş məbləğinin bir hissəsini İsveç dilini öyrəndiyi məktəbə bağışlayacağını açıqlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/18-yasli-azerbaycanli-i-svecde-istedadlar-yarismasinin-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR