Cəbhədə GƏRGİNLİK ARTDI: ermənilər 50-yə yaxın minaatan mərmisi atdı

Cəbhədə GƏRGİNLİK ARTDI: ermənilər 50-yə yaxın minaatan mərmisi atdı
09:47 20 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (49 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 139 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu, Ağbulaq, Ağdam kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Kəngərli, Baş Qərvənd, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (6 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozmuşdular.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/546652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR