Tramp işindən azad edilə bilər - QƏRAR

Tramp işindən azad edilə bilər - QƏRAR
09:58 20 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Ağ Evin hüquqşunasları ABŞ prezidenti Donald Trampın vəzifəsindən azad edilməsinə dair ehtimalları araşdırıb. Məsələ ilə bağlı irəli sürülən ciddi iddialar var.

Publika.az xəbər verir ki, bu iddiaları ABŞ-ın aparıcı televiziya kanallarından olan CNN ortaya atıb.

Xəbərdə yer alan məlumatlara görə, Trampın hələ də konqresdəki Respublikaçılar tərəfindən dəstəkləndiyi iddia edilir. Hüquq müşavirləri bir sıra demokratların vaxtından tez fikir mübadiləsi aparmasının qarşısını almağa çalışır.

Məsələ ilə bağlı Ağ Evdən hələ ki, heç bir açıqlama verilməyib. CNN-in xəbərinə dair açıqlama verən səlahiyyətli şəxslərdən biri iddiaların doğru olmadığını ifadə edib.

Rusiyanın ABŞ-ın prezident seçkiləri ərəfəsində Trampın lehinə addımlar atması kimi iddialar isə hələ də gündəmdə qalır.

Bundan başqa, Trampın başda keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn olmaqla, digər yüksək vəzifəli rəsmilərinin ruslarla əlaqəli olduğu iddiaları ABŞ rəhbərliyini daha da çətin vəziyyətdə qoyub.

Donald Trampın ötən günlərdə FBI rəhbəri Ceyms Komeyi vəzifəsindən azad etməsindən sonra, Vaşinqtonda Rusiya ilə bağlı məsələlər yenidən gündəmə gəlib.

Mətbuata verilən məlumata görə, Tramp Ceyms Komeydən Flinin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə görüşdüyü iddialarına dair araşdırmaları ləğv etməsini istəyib.

Bu səbəbdən Ədliyyə Nazirliyi Rusiya məsələsi ilə bağlı istintaqın aparılmasını xüsusi səlahiyyətli prokurora həvalə edib.

Ədliyyə Nazirliyi tərəfindən atılan bu addım Trampın vəzifəsindən azad edilməsi ehtimalını kəskin dərəcədə artıra bilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR