Play Store

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə köçkün qadınların problemlərini müzakirə edib

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə köçkün qadınların problemlərini müzakirə edib
10:36 20 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə köçkün qadınların problemləri ilə bağlı müzakirə aparılıb.

Ümumdünya Qadın Sammitində iştirak edən və Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Q.Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələr arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.

Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh də Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib. Millət vəkili Q.Paşayeva Azərbaycanın fəal qadınlarının Vyetnamla əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb.

Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Q.Paşayeva görüş zamanı Vyetnam nümayəndə heyətinin üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib.

Millət vəkili Q.Paşayeva Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa ilə də görüşüb və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2757007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR