İslamiadanın açılış günü neçə sürücü xətdən uzaqlaşdırılıb?

İslamiadanın açılış günü neçə sürücü xətdən uzaqlaşdırılıb?
10:43 20 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 5 sürücü xətdən uzaqlaşdırılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

O qeyd edib ki, açılış mərasimində həmin sürücülərin 4-də yüksək təzyiq olduğu, 1 sürücü isə sürət həddini aşdığı üçün sükan arxasından uzaqlaşdırılıb.

M.Ağayev bildirib ki, həmin ərəfədə BNA-nın 350 avtobusu fəaliyyət göstərib. Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin günü sürücülər əvvəlcədən tibbi müayinədən keçiriliblər.

IV İslam Həmrəliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-ə BNA 430 avtobus ayırıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcədən tibbi müayinədən keçiriləcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə avtobuslar izləniləcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2757012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR