Play Store

Məşuqəsinin ərini xüsusi amansızlıqla qətlə yetirmək istədi - VİDEO

Məşuqəsinin ərini xüsusi amansızlıqla qətlə yetirmək istədi - VİDEO
10:47 20 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Aydınlı rayonununda Erkan T. bir müddət əlaqədə olduğu və bu münsibətdən bir uşaqları olan 40 yaşlı Mahi H.-nin yoldaşı Cəmil H.-ni (61) amansızcasına qətlə yetirmək istəyib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, rayonun Efeler mahalında 44 yaşlı Erkan T. 61 yaşlı Cəmil H.-ni tapançayla vurub, sonra da avtomobillə üzərindən keçib. Ağır yaralanan Cəmil H. xəstəxanaya çatdırılarıb və həyatını xilas etmək mümkün olub. 

Erkan T. keçən çərşənbə axşamı günü, indi 2 yaşı olan qızını görmək üçün Mahi və Cəmil H. cütlüyünün evinə gedib. Burada tərəflər arasında yaranan mübahisə ətrafdakı sakinlərin araya girməsiylə yatırılıb.

Erkan Cəmil ilə danışmaq üçün bu dəfə çalışdığı köşkə gedib. Ancaq burada Cəmil ilə Erkan  arasında yenidən mübahisə yaşanıb. Mübahisənin böyüməsindən sonra Erkan yanında gətirdiyi tapançayla Cəmilə başından atəş açıb. Avtomobilinə minən Erkan yerdə qan içində uzanıqlı olan Cəmilin üzərindən keçib. 

Erkan saxlanılıb.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşuqəsinin ərini xüsusi amansızlıqla qətlə yetirmək istədi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR