Play Store

Azərbaycan və Qazaxıstan birbaşa dəmir yolu-bərə yük daşımaları barədə razılığa gəliblər

Azərbaycan və Qazaxıstan birbaşa dəmir yolu-bərə yük daşımaları barədə razılığa gəliblər
10:47 20 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan və Qazaxıstan beynəlxalq birbaşa dəmir yolu-bərə rabitəsi üzrə yüklərin vaqonlarda və konteynerlərdə daşınması haqqında saziş imzalayıb. 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aktau beynəlxalq ticarət limanının mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində "Qazaxıstan Temir Jolı" ASC, "Azərbaycan dəmir Yolları" QSC, "Aktau beynəlxalq dəniz ticarət limanı" ASC, Bakı beynəlxalq dəniz ticarət limanı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Kurık limanı" MMC arasında Ələt-Aktau-Ələt və Ələt-Kurık-Ələt beynəlxalq birbaşa dəmir yolu-bərə rabitəsi üzrə yüklərin vaqonlarda və konteynerlərdə daşınması barədə saziş imzalanıb.
Saziş müqavilə imzalayanlar arasında yüklərin vaqonlar və konteynerlərdə daşınması şərtlərinin tənzimlənməsi və həyata keçirilən daşınmalara görə ödəniş qaydalarını müəyyən etmək üçün nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-ve-qazaxistan-birbasa-demir-yolu-bere-yuk-dasimalari-barede-raziliga-gelibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR