Bu qida mədə xərçənginin qarşısını alır

Pomidor mədə xərçəngi riskini azaldır.

Metbuat.az xəbər verir ki, İtaliyada aparılan araşdırmada, pomidorun mədə xərçənginin qarşısını aldığı məlum olub. Pomidoru tamamilə yeməyi məsləhət görən mütəxəssislər bu kəşfin mədə xərçənginin qarşısını aldığı və müalicəsi üçün yeni dərmanların istehsalında istifadə ediləcəyi bildirilib.

Qeyd edək ki, pomidorun faydaları bununla bitmir. .Pomidor şirəsi mədə şirəsinin istehsalına təsir göstərir,ürəyin işini yaxşılaşdırır. 1 stəkan pomidor şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri ilə təmin etmək olar. Pomidorun tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır. Pomidor orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur. Bu tərəvəz göz üçün də çox faydalıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR