Bakı-2017: Atletimiz qızıl medal qazandı

Bakı-2017: Atletimiz qızıl medal qazandı
11:08 20 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti birinci olub.

Trend-in məlumatına görə, təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR