Atletimiz İslamiadada qızıl medal qazandı - FOTO

Atletimiz İslamiadada qızıl medal qazandı - FOTO
11:23 20 May 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti birinci olub.

Təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medal qazanıb.

Azərbaycan atleti Zeynidin Bilalov isə bürünc medal qazanıb.

O, 5,22 metr nəticə ilə bürünc medala sahib olub.

***

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən atletika yarışlarının sonuncu gününə start verilib.

Hazırda kişilər arasında kürəitələmə və T11 kateqoriyasında uzunluğa tullanma yarışlarının final mərhələsi keçirilir.

Ölkəmizi kürəitələmə yarışında Tofiq Məmmədov, uzunluğa tullanma yarışında isə Elçin Muradov və Zeynidin Bilalov təmsil edirlər.

Günün birinci yarısında, həmçinin qadınlar arasında 10 min metr məsafəyə qaçış yarışının final mərhələsi keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR