“Qəbələ” “Milan”a uduzdu

“Qəbələ” “Milan”a uduzdu
11:27 20 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə start verilib. Fanat.Az xəbər verir ki, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.

 

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda I mərhələnin A qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə üz-üzə gəlib.

 

“Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub. İkinci görüşdə təmsilçimiz “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

 

Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıb. Qrup mərhələsinin son oyunları sabah keçiriləcək. “Qəbələ” son matçda “Kapilan Pallo” ilə oynayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-milana-uduzdu-t58201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR