Milli Məclisin komitə sədri AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin komitə sədri AŞPA-nın komitə iclasında iştirak edəcək
11:37 20 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media məsələləri komitəsinin iclasında iştirak edəcək.
Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu məqsədlə komitə sədri mayın 21-dən 25-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Toplantıda milli adət və ənənələrin qorunması, mədəni irsin məhv edilməsi və qeyri-qanuni dövriyyəsi ilə mübarizə, beynəlxalq idman tədbirlərinin əhəmiyyəti, azsaylı xalqların ana dillərinin qorunması və bir sıra diqər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Deputat iclasda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclisin-komite-sedri-aspa-nin-komite-iclasinda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR