Play Store

"Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır" - Avropa İttifaqı

"Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır" - Avropa İttifaqı
11:37 20 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı (Aİ) status-kvonun davamlı olmadığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası tərəfindən Avropa Qonşuluq Siyasətinin reallaşdırılmasına dair hesabatında bildirilib.

"Münaqişənin hərbi yolla həlli yoxdur, beynəlxalq hüquq normalarına uyğun olaraq tez bir zamanda siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam olaraq dəstəkləyir", - deyə hesabatda vurğulanıb. 

Sənəddə, həmçinin qeyd olunub ki, 2016-cı ildə Aİ sülh və davamlı yolun əldə olunması məqsədilə Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycana təsir edən münaqişələr üzrə dialoqu davam etdirib. 

Hesabatda bildirilib ki, 2016-cı ildə Qarabağ münaqişəsi bölgəsində ciddi gərginlik yaşanıb: "Avropa İttifaqı hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə, ritorikanı yumşaltmağa və ATƏT-in Minsk qrupunun himayəsi altında predmet sülh danışıqlarında iştirak etməyə çağırmağa davam edir. Avropa İttifaqının xüsusi nümayəndəsinin regiona tez-tez baş tutan səfərləri Minsk qrupunun həmsədrlərini dəstəkləyir və münaqişənin dinc yolla həllində maraqlı olduğunu göstərir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/546679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR