Terroçular yaxalandı: ən son yeniliklər (VİDEO, FOTO)

Terroçular yaxalandı: ən son yeniliklər (VİDEO, FOTO)
04:31 8 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə “Şarli Ebdo” jurnalının redaksiyasına hücum edənlər zərərsizləşdirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri CBN öz mənbələrinə istinadən xəbər yayıb.

Mənbənin bildirdiyinə görə 3 hücum edəndən biri öldürülüb, digər ikisi isə saxlanılıb.

Bu arada Le Figaro xəbər verir ki, terrorçuların gizləndiyi güman edilən bina xüsusi xidmət orqanları tərəfindən boşaldılıb.

Daha əvvəl xəbər verilmişdi ki, Reymsdə terrorçuların ələ keçirilməsi yönündə əməliyyat keçirilib.

Qeyd edək ki, ötən gün satirik “Şarli Ebdo” jurnalına hücum zamanı baş redaktor olmaqla 12 jurnal işçisi öldürülub.

Hadisədən bir müddət sonra hücum edənlərin adları müəyyənləşdirilib. Hücum edənlərin hər üçü ərəb mənşəli Fransa vətəndaşlarıdır. Bu Şerf və Səid Kuaşi qardaşları və Həmid Murad adlı şəxlər olub.

Fransada isə yaşanan şok elan edilən matəmlə davam edir.

Hadisədən sonra Azərbaycan da olmaqla bütün dünya liderləri baş verənləri qınayıb.











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR