Trampdan prezidentin ünvanına: "O, dəlidir. Onunla işləmək olmaz"

Trampdan prezidentin ünvanına: "O, dəlidir. Onunla işləmək olmaz"
12:08 20 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Ağ Evdə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu və Rusiyanın səfirini qarşılayan ABŞ prezidenti Donald Tramp yenə işlədtdiyi ifadələrlə ciddi müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, görüş zamanı Tramp "FBI prezidenti Ceyms Komeyi işdən qovdum. O, dəlidir. Onunla işləmək ağılsızlıq olardı" ifadələrini işlədib.

Bu barədə mətbuata ilk xəbər "New York Times" qəzeti tərəfindən yayılıb. Qəzet irəli sürdüyü iddiaların əsassız olmadığını sübut edə biləcəyini deyib.

Qəzetin verdiyi məlumata görə, keçirilən görüş haqqında yayımlanan bütün xəbərlər görüş aktlarına əsaslanıb. Sənədi isə qəzetə Amerikanın səlahiyyətli şəxslərindən birinin təqdim etdiyi deyilir.

Sənədlərdə yer alan məlumatlara görə Tramp Ceyms Komeyi vəzifəsindən azad edərək günahsızlığını sübut etdiyini deyib: "Rusiya tərəfindən böyük təzyiq altında idim. Komeyi vəzifəsindən azad edərək məsləni həll etdim. İndi bu təzyiq aradan qalxıb. Haqqımda heç bir cinayət işi yoxdur"

Ağ Ev sözçüsü Sean Maykl Spicer məsələ ilə bağlı onu deyib ki, keçmiş FBI prezidentinin məsələni çox populyar bir hala gətirməkdə məqsədi Trampın və Ağ Evin üzərinə lazımsız bir təzyiq yaratmaqdır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR