Müsəlman ölkələrinin gəncləri üçün Start-up Platforması yaradıldı - FOTO

Müsəlman ölkələrinin gəncləri üçün Start-up Platforması yaradıldı - FOTO
12:52 20 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumu və Tatarstan hökumətinin birgə təşkilatçılığı ilə IX Beynəlxalq Kazan İqtisadi Sammiti çərçivəsində "İƏT Gənc İş Adamlarının Forumu" baş tutub. Bu il artıq 3-cü dəfə keçirilən tədbirdə 26 ölkədən gəlmiş 100-ə yaxın iş adamı və investor iştirak edib. 

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzindən Milli.Az-a verilən məlumata görə, beynəlxalq tədbir start-up layihələrin hazırlanması üzrə İƏT ölkələrindən gəlmiş gənc startapçılar üçün nəzərdə tutulan treninq kurslar da daxil olmaqla 5 gün davam edib. Tədbirin bağlanış mərasimində çıxış edən Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov son 3 ildə bu sahədə ardıcıl olaraq həyata keçirilən prosesi daha da gücləndirmək üçün hazırlıq işlərınə keçən ildən başlanmış "İƏT Start-up Platforması"nın yaradılmasını rəsmi olaraq elan ediblər.

Son 1 ildə pilot layihə kimi onlayn fəaliyyət göstərən platformaya 1000-dən çox gənc iş adamı müraciət edib. Bu layihələrdən 300-ü baxılması üçün müvafiq komissiya tərəfindən nəzərdən keçirilib. Onlardan 25-i seçilərək Kazanda sözügedən Forumda investorlarla bir yerdə müzakirə edilib, 11 ən yaxşı layihə isə tədbirdə iştirak edən investorlar tərəfindən maliyyələşdirilib.

Artıq geniş və davamlı xarakter almış bu layihənin əhəmiyyətindən bəhs edən İƏT Gənclər Forumunun sədri E.İskəndərov öz çıxışında sədri olduğu təşkilatın məlum layihəni həyata keçirməklə, əsas strateji məqsədin gənclər arasında işsizlik səviyyəsinin azaldılması və qlobal təhlükə sayılan radikallığın aradan qaldırılması olduğunu bildirib.  Forumun sədri eləcə də bu yaxınlarda Bakıda keçirilən İƏT Gənclər Zirvəsi və onun qəbul etdiyi yekun qərarlarla bağlı iştirakçılara məlumat verib.

Tatarstan prezidenti R.Minnixanov İƏT Gənclər Forumunu qurumun son illər gəncliyin inkişafı ilə bağlı öz üzərinə götürdüyü liderlik roluna görə təbrik edib və Kazanın bundan sonra da platformaya hər cür dəstək göstərəcəyini bildirib.

Müxtəlif ölkələrdən gəlmiş iş adamları Forum çərçivəsində keçirilən treninq bölməsində, eləcə də tədbirin son günü keçirilən mətbuat konfransında çıxış edərək iştirakçılarla öz təcrübəsini bölüşüblər. Onlar İƏT Gənclər Forumunun həyata keçirdiyi start-up platforması layihəsinin gəncliyinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını, eyni zamanda texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müsəlman gənclərin lazım olan bilik və təhsilin əldə etməsi üçün həm şirkətlərin, həm də ictimai təşkilatların daha aktiv rol oynamasının vacibliyini vurğulayıblar.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR