İran dövlət televiziyası Həsən Ruhanini yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib

İran dövlət televiziyası Həsən Ruhanini yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib
13:02 20 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İranın dövlət televiziyası ölkədə keçirilən prezident seçkisində qazandığı qələbə münasibəti ilə fəaliyyətdə olan prezident Həsən Ruhanini təbrik edib.
“Report” xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Belə ki, İran Mərkəzi Seçki Komissiyasının sədri Əliəsgər Əhmədi seçkinin nəticələri haqda açıqlama verib: “İndiyədək 40 milyon 76 min 729 səsvermə bülleteni sayılıb. Onlardan 38 milyon 914 min 470 bülleten etibarlı olub.
Həsən Ruhani 22 milyon 796 min 468, Seyid İbrahim Rəisi Sadat 15 milyon 452 min 194, Mustafa Mirsəlim 455 min 211 və Mustafa Haşemi-Taba 210 min 597 səs toplayıb”.
Qeyd edək ki, 56 milyon 410 min 234 seçici qeydə alınıb.

Məlumata görə, İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli mayın 20-də seçkinin rəsmi nəticələrini elan edəcək. 



Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-dovlet-televiziyasi-hesen-ruhanini-yeniden-prezident-secilmesi-munasibeti-ile-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR