Uşaqlarınıza bu qidaları verməyin

Uşaqlara verdiyiniz bəzi qidaların onları daha aqressiv və əsəbi etdiyini bilirdiniz?

Metbuat.az xəbər verir ki, Londonda aparılan araşdırmaya görə, toyuq qanadı yeyən uşaqların daha aqressiv və əsəbi olduğu məlum olub. Araşdırmaçılar xüsusilə, dişləyərək yeyilən qidaların uşaqları daha aqressiv etdiyini vurğulayıb və əlavə edib ki, yatmazdan bir neçə saat əvvəl uşaqlarınıza qətiyyən toyuq qanadı verməyin. Digər qidaları təqdim edirik:

Sosis: 10 yaşından aşağı uşaqlara sosis verilməməlidir. Uşaqlarda rast gəlinən boğulmaların səbəbi sosislərin olduğu deyilir.

Fıstıq: Ölümlə nəticələnən bir çox xəstəliyin fıstıq alergiyasından qaynaqlandığı deyilir.

Göbələk: Bu bitkinin yabanı olanları zəhərlənmələrə, hətta halusunasiyalara səbəb olur.

Şokolad: Tərkibində yüksək miqdarda şəkər və kakao olduğu üçün qanda xolestrolun səviyyəsini yüksəldir.

Dondurma:
Tərkibindəki maddələr bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Asitli içkilər:
Tərkibində asit( turşu) olan içkilər mədə və bağırsaq problemlərinə gətirib çıxara bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR