Play Store

Azərbaycanda dəhşətli avtomobil qəzalarında ölənlər var

Azərbaycanda dəhşətli avtomobil qəzalarında ölənlər var
13:09 20 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Azərbaycanda ölümlə nəticələnən avtomobil qəzaları olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 19-da saat 2 radələrində İmişli rayonunun Aranlı kəndində kənd sakini Məzahir Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb və nəticədə o, hadisə yerində ölüb.

 

Mayın 19-da saat 22 radələrində Ucar rayonunun Alpoud kəndində Gəncə şəhər sakini Mahir Babayev idarə etdiyi "Skoda" markalı avtomobillə yolu keçən kənd sakini Bayram Kərimovu vurub və nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Mayın 19-da saat 3 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində İran vətəndaşı Abdollahi Sasan Ebrahim idarə etdiyi "Hovo" markalı yük avtomobilini qarşıda gedən Şirvan şəhər sakini Ruslan Rəhimovun idarə etdiyi "Kamaz" markalı avtomobilə vurub və nəticədə "Hovo"nun sürücüsü hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Mayın 18-də saat 17 radələrində Füzuli rayonunun 2 saylı Zobucuq qəbəsində qəsəbə sakini Kamal Alışov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb və o, hadisə yerində dünyasını dəyişib. Araşdırmalar zamanı K.Alışovun infarktdan ölməsi müəyyən edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR