DGK: Rusiyaya pomidor ixracında problem yoxdur

DGK: Rusiyaya pomidor ixracında problem yoxdur
13:37 20 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanda pomidorun kəskin ucuzlaşdığı və buna Rusiyaya pomidor daşıyan nəqliyyat vasitələrinə qarşı bu ölkənin ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. 
Qurum bəyan edib ki, məlumat həqiqəti əks etdirmir: "Gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiyaya pomidor aparan avtomobillərim sərhədkeçmə prosesində hər hansı problem yoxdur. Son 2 gündə Rusiya ilə sərhəddi 85 yük avtomobili və 49 vaqon pomidor heç bir maneə olmadan keçib. İki ölkənin qarşlıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dgk-rusiyaya-pomidor-ixracinda-problem-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR