Play Store

Daun sindromlu uşağın telefonla çəkdiyi foto dünyanı heyrətləndirdi - VİDEO - FOTO

Daun sindromlu uşağın telefonla çəkdiyi foto dünyanı heyrətləndirdi - VİDEO - FOTO
13:47 20 May 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

7 yaşlı daun sindromlu Aaşer Lıles anasının mobil telefonuyla foto çəkmək üçün israr edincə, ortaya çıxan görüntü hər kəsi çaşbaş salıb.

Azyaşlı uşağın çəkdiyi sirrli görüntünün mələk olduğu iddia edilir.

Amerikanın Texas ştatında yaşayan fotoqraf Kerri Lilesin oğlu daun sindromlu olaraq dünyaya gəlib. Hal-hazırda 7 yaşı olan Aaşer Liles ətrafdaklarla ünsiyyət qurmur. Ancaq bir təyyarə səfəri zamanı anasından israrla mobil telefonunu istəyən uşaq anası başda olmaqla hər kəsi şok edib.

Telefonu əlinə alan kimi fotolar çəkməyə başlayan Aaşerin belə tez-tələsik şəkil çəkmək istəyini heç kimi başa düşə bilməyib. Ana Kerri Liles telefonu qızının əlindən aldıqdan sonra fotolara baxmağa başlayıb. Təyyarə qanadı və bulud fotolarının arasında elə bir görüntü ilə qarşılaşdı ki, gözlərinə inana bilməyib.

Fotoya təkrar-təkrar baxan qadın görüntüdəkinin gerçək olduğu qənaətinə gəlib.

Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, Kerri qızının 6-cı hissinin hər zaman güclü olduğunu deyib. Aaşerin bəzən qanad çırpmaq kimi hərəkətlərlə bir mələyi təsvir etməyə çalışdığını, bu fotolardakı görütünün də onun qoruyucu mələyi olduğuna inandıqlarını söyləyib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Daun sindromlu uşağın çəkdiyi foto dünyanı heyrətləndirdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR