Şamaxıda çay daşmaşı səbəbindən üç kənd hələ də işıqsız qalıb

Şamaxıda çay daşmaşı səbəbindən üç kənd hələ də işıqsız qalıb
13:52 20 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı. 20 may. REPORT.AZ/ Şamaxıda çay daşmaşı səbəbindən üç kənd hələ də işıqsız qalıb. "Report"un Şirvan bürosunun xəbərinə görə, mayın 16-da axşam saatlarında aramsız yağan yağışlar səbəbindən sel suları rayon ərazisində Agsu çayından keçən elektrik dirəklərini yuyub aparıb, naqilləri sıradan çıxarıb. 
Nəticədə Şamaxı raynunun dağlıq kənləri olan Qalybuğurd, Keçmədin, Sıs və Qaladərəsi kəndlərinə gedən elektirik enerjisi kəsilib. 
"Azərişıq" ASC-nin Şamaxı rayon Elektirik şəbəkəsindən "Report"a bildiriblər ki, hazırda qurum gücləndirilmiş iş rejimində çalışır. Sözügedən kəndlərə elektirik enerjisinin təmin etmək üçün bu gündən etibarən həmin ərazilərə ağır texnikalar və işçi briqadaları cəlb olunub. 
Ağsu çayının yatağına və ətrafına 12 ədəd elektrik dirəyi və naqillərlə təmin olunacaq, ərazidə aparılan işlərin nəticəsi olaraq günün sonuna kimi kəndlərə veriləcək, elektrik enerjisinin bərpası nəzərdə tutulub.
Qeyd edək ki, güclü leysan yağışları rayonun Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarınıda sel suları yuymuşdu. Hazırda kənd yollarının bərpası üçün ərzidə ağır texnikalar işləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samaxida-cay-dasmasi-sebebinden-uc-kend-hele-de-isiqsiz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR