Play Store

Medallar paslanır: 130-u geri qaytarıldı

Medallar paslanır: 130-u geri qaytarıldı
13:53 20 May 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Rio Yay Olimpiya Oyunlarının mükafatçılarına verilən medallar paslanır.

Bunu “Rio-2016″nın Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Mario Andrada deyib.

Onun sözlərinə görə, medallardan artıq 130-da paslanma müşahidə olunduğu üçün geri qaytarılıb. Andarada medalların paslanmasının səbəbini belə izah edib: “Görünür, ya medalı düzgün yerdə saxlamayıblar, ya da əllərindən yerə salıblar. Nəticədə, medalın boyası pozulub və həmin yerdə paslanma başlayıb. Problemlər aradan qaldırıldıqdan sonra medallar sahiblərinə qaytarılacaq”.

Qeyd edək ki, Rio olimpiadasında mükafatçılara verilən 2488 medaldan 18-i Azərbaycan idmançılarının payına düşüb. (yeniçağ)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/199528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.