Rəsmi açıqlama: Həsən Ruhani yenidən İran prezidenti seçilib

Rəsmi açıqlama: Həsən Ruhani yenidən İran prezidenti seçilib
14:12 20 May 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İranın fəaliyyətdə olan hökumət başçısı Həsən Ruhani seçicilərin 23 milyon 549 min səsini qazanaraq, yenidən prezident seçilib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli rəsmi nəticələri elan edərkən bildirib.
“41 milyon 220 min səsvermə bülleteni sayılıb. Həsən Ruhani 23 milyon 549 min, yaxud səslərin 57 faizini, Seyid İbrahim Rəisi Sadat 15 milyon 786 min, yaxudsəslərin 38,5 faizini toplayıb”, - deyə nazir bildirib.
Qeyd edək ki, 56 milyon 410 min 234 seçici qeydə alınıb. 








Xəbərin orijinal ünvanı: https://report.az/region/resmi-aciqlama-hesen-ruhani-yeniden-i-ran-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR