Sağlamlığa faydalı və ləzzətli çiyələkli dondurma

Dondurmanı evdə hazırlamaq istəyirsiniz?

Metbuat.az çiyələkli dondurmanın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

200 qr orta yağlı qaymaq

200 qr çox yağlı qaymaq

150 qr şəkər tozu

2 ədəd yumurta sarısı

2-3 çay qaşığı limon suyu

250 qr çiyələk

Hazırlanmasına gəldikdə, bir qaba orta faizli qaymağı töküb üzərinə şəkər tozu əlavə edin. Əriyənə qədər ocaqda qaynatmadan qızdırın. Ayrıca bir qabda yumurtaların sarısını qarışdırın. Qaymaqlı kütləni buraya əlavə edin və dayanmadan qarışdırın ki, yumurtalar çürüməsin. Alınan qarışımı yenidən orta istilikdə ocaqda 8-10 dəqiqə ərzində qatılaşadək qaynadın. Hazır kremi ələkdən keçirib, üzərinə yağlı qaymağı tökün və mikserlə çalın. Çiyələyə limon suyu sıxıb, blenderlə püre halına gətirin və kremin üzərinə tökün. Dondurmanı mikserlə yaxşıca qarışdırıb, dondurucuya qoyun. Çiyələkli dondurmanı soyuq halda yemək lazımdır.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR