Şagirdlər məscid qarşısında tapdıqları bağlamanı açanda gözlərinə inanmadılar - FOTO

Şagirdlər məscid qarşısında tapdıqları bağlamanı açanda gözlərinə inanmadılar - FOTO
14:32 20 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tokat rayonunun Ruhunla mahalında yolda 20 min lirə tapan 3 lisey şagirdi pulu sahibinə qaytarıb.

Tokat Zile Anadolu İmam Natiq Liseyi şagirdləri - Yahya Zəngin və Mehmet Emin Zəngin ilə Peşə və Texniki Anadolu Liseyi şagirdi Eminhan Coşkun məscid önündəki yolda bir paketə bükülü halda 20 min lirə tapıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, tapdıqları pulu oxuduqları liseyə gətirərək vəziyyəti məktəb idarəsinə bildirən şagirdlər müəllimlərindən pulun sahibinin tapılması üçün kömək istəyiblər. Liseyin müdir müavini Sait Şahin şagirdlərinin tapdığı külli miqdarda bu pulla əlaqədar dərhal mahal təhlükəsizlik idarəsinə xəbər verib. Tapılan pulun qəsəbə sakinlərindən Çöybeyli Ömrüuzuna aid olduğu məlum olub və pul sahibinə qaytarılıb. Şərəfli addımları qarşısında çox şagirdlərə təşəkkür edən Ömrüuzun "Sizləri yetişdirən müəllimlərdən və ailələrinizdən Allah razı olsun" deyərək şagirdlərə 200 lirə verib.

Ömrüuzun bankdan "çəkdiyi" pulu köynəyinin içinə qoymağına baxmayaraq, telefonunu çıxararkən saldığını qeyd edib.

Şagirdlərdən Yahya Zəngin "Bu pul başqasının haqqıdır və bizə haramdır. Aldığımız təhsil belə davranmağımızı əsaslandırdı. Biz də lazım olanı etdik", - deyib.

Rayon Milli Təhsil Müdiri Murat Küçükali da tələbələrlə qürur duyduğunu ifadə edərək, onları mükafatlandırıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR