Dünyanın ən uzun boyunbağısı hazırlandı

Dünyanın ən uzun boyunbağısı hazırlandı
04:34 8 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərində uzunluğu 5.52 kilometr olan qızıl boyunbağı hazırlanıb. Lent.az-ın “musavat.com”-a istinadən verdiyi xəbərə görə, boyunbağının çəkisi 256 kilo, məbləği isə 6 milyon dollardır. Onun hazırlanması üçün 45 gün boyunca 100 nəfərə yaxın adam çalışıb. Boyunbağıya Dubayın qədim hissəsində yerləşən və turistlər arasında populyar olan “Qızıl bazarı”nda baxmaq olar.

 

“The National” qəzetinin məlumatına görə, dünyanın ən uzun boyunbağısı “Ginnesin Rekordlar Kitabı”na daxil ediləndən sonra onu hissələrə bölərək satacaqlar. Hər hissənin üzərində unikal kod olacaq və bu kod onun dünyanın ən uzun boyunbağısının bir hissəsi olduğunu ifadə edəcək. Qolbağı və boyunbağıların qiyməti 1000 dollara yaxın olacaq. Bundan öncə BƏƏ-də hazırlanan ən uzun boyunbağının uzunluğu 4.28 kilometr olub. Вu hadisə 1999-cu ildə baş verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR