"Qarabağ" Qurbanovla yollarını ayırdı

"Qarabağ" Qurbanovla yollarını ayırdı
14:59 20 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi İlqar Qurbanov yola salınıb.

 

Onunla yeni müqavilə imzalamağa ehtiyac duymayan rəhbərlik futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Bununla da Boyan Şaranov və Vüqar Nadirovdan sonra İlqar Qurbanov komandadan gedən 3-cü oyunçu olub.

 

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”ın şərəfini qoruyan İlqar Qurbanov bu müddətdə 144 oyunda iştirak edib, 6 qolla yadda qalıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR