Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının beş müsabiqəsində iştirak edəcək

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının beş müsabiqəsində iştirak edəcək
15:07 20 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin də iştirakı planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Azərbaycan hərbçilərinin Rusiya və Qazaxıstan ərazilərindəki poliqonlarda keçiriləcək “Tank biatlonu”, “Artilleriya atəşi ustası”, “Snayper həddi” və “Səhra mətbəxi” növləri üzrə müsabiqələrində iştirakı nəzərdə tutulub.
Bundan əlavə, Azərbaycan, Rusiya və Qazaxıstanın hərbi dənizçilərinin iştirakı ilə Bakı şəhərində “Dəniz kuboku” müsabiqəsi də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-herbcileri-beynelxalq-ordu-oyunlari-2017-yarislarinin-bes-musabiqesinde-istirak-edece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR