Play Store

Azərbaycanın qonşuluğunda MƏZHƏB MÜHARİBƏSİ - QORXULU PLAN

Azərbaycanın qonşuluğunda MƏZHƏB MÜHARİBƏSİ - QORXULU PLAN
15:18 20 May 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bu gün səfər etdiyi Səudiyyə Ərəbistanına hərbi planla gəlib.

Publika.az
xəbər verir ki, “Washington Post” qəzeti Trampın Səudiyyə kralına “Ərəb NATO-su” planını təqdim edəcəyini yazıb.

Plana əsasən, “Ərəb NATO-su” Körfəz ölkələri arasında qurulacaq. Məqsəd terrorla mübarizə aparmaq və İranın bölgədə genişlənməsinə qarşı addımlar atmaqdır. Planda ABŞ və Səudiyyə Ərəbistanı arasında silah satışı ilə bağlı müqavilə də yer alır.

“Nyu York Times” qəzeti yazır ki, 10 il müddəti əhatə edən müqavilədə ABŞ-ın Səudiyyə Ərəbistanına 100 milyard dollar həcmində silah satacağı öz əksini tapıb.

İngiltərənin “İndipendent” qəzeti isə silah satışının həcminin 100 milyard yox, 350 milyard olacağını iddia edib.

Qeyd edək ki, Barak Obamanın prezidentliyi dövründə Səudiyyə Ərəbistanına 60 milyardlıq silah satılmışdı. Lakin Obama Administrasiyası dövründə Səudiyyə Ərəbistan-ABŞ münasibətləri ürəkaçan deyildi.

Donald Tramp prezident seçilən kimi “Ər-Riyad” Vaşinqtona şahzadə Muhammed bin Salmanın rəhbərlik etdiyi heyət göndərdi. Yüksək səviyyəli danışıqlar Nyu-Yorkdakı “Trump Tower” binasında aparılırdı. Görüşdə ABŞ-ı Trampın kürəkəni və baş müşaviri Cared Kuşner təmsil edirdi.

“Nyu York Times” qəzeti silah müqaviləsinin imzalanması ilə bağlı razılaşmanın bu görüşdə reallaşdığını yazıb. İddialara görə, Tramp kürəkəni Kuşneri Yaxın Şərqdə “kölgə diplomat” olaraq istifadə edir.

“Washington Post”-a danışan Ağ Ev rəsmilərindən biri Səudiyyə Ərəbistanının ABŞ-la əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

“Ərəb NATO-su” planı isə ABŞ-ın dövlət katibi Reks Tillersona məxsusdur. Tillersen sünni ölkələrdən ibarət olacaq hərbi ittifaqın yaradılması üçün ciddi səylər göstərir.

Adlarının çəkilmədiyi ABŞ rəsmiləri “Washington Post”-a bildiriblər ki, “Ərəb NATO-sunun” Trampın “Öncə Amerika” ideyasına uyğun olacağını bildiriblər. Bu planla ABŞ-ın Yaxın Şərqdəki liderliyi güclənəcək, maliyyə məsələlərini müttəfiqlər həll edəcək, Amerika isə silah satışından böyük pullar qazanacaq.

ABŞ-ın bu planda diqqət çəkən məqamlardan biri sünni ölkələrdən ibarət olacaq “Ərəb NATO-su”nun əsas hədəfində İranın olmasıdır. Bu, yaxın gələcəkdə İslam aləmində sünni-şiə müharibəsinin ilk işartıları hesab oluna bilər. İranın əsas hədəf seçilməsi isə Azərbaycanın yerləşdiyi bölgədə gərginliyin artmasına səbəb olacaq. Bütün hallarda sərhədlərimizdə hər-hansı müharibə bizim ölkəmiz üçün də sərfəli deyil.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/199536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR