"Azexport" Antalyada keçiriləcək “The Global Engagement of Agriculture and Technology” sərgisinə dəvət alıb

"Azexport" Antalyada keçiriləcək “The Global Engagement of Agriculture and Technology” sərgisinə dəvət alıb
15:22 20 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ Mayın 17-19-da Bakıda keçirilmiş “World Food Azerbaijan/Caspian Agro 2017” sərgisində "Azexport" portalının fəaliyyəti və nəaliyyətləri barədə məlumatlar Rusiya, İtaliya, Türkiyə, İran, Hindistan, Qazaxıstan, Yunanıstan və Niderland Krallığından olan şirkətlərə təqdim olunub. 
Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. 
Məlumata görə, portalın fəaliyyəti haqqında məlumatlandırılan xarici şirkətlər portalla sıx əlaqələr qurmağa hazır olduqlarını bildiriblər. 
Türkiyədə kənd təsərrüfatı üzrə təşkil etdiyi sərgilərdən ən çox ziyarətçi cəlb etməsi ilə seçilən “Growtech Euroasia” şirkətinin direktoru Engin "Er Azexport" portalının və Elektron Ticarət Qovşağının fəaliyyətini yaxşı təcrübə hesab edərək, portalı bu ilin noyabrında Antalyada (Türkiyə) keçiriləçək “The Global Engagement of Agriculture and Technology” sərgisinə qonaq qismində iştirak etməyə dəvət edib. Həmin sərgidə 85-dən artıq ölkədən 800–ə qədər aparıcı şirkətrin stendlərinin 85 mindən artıq ziyarətçisinin olaçağı gözlənilir.
Portalın “Səyyar Xidmət Mərkəzi”-nin ziyarətçiləri sırasında dünyanın 46 ölkəsində nümayəndəliyi və 270-dən artıq xidmət mərkəzi olan. ixracdan əvvəl inspeksiya xidmətləri göstərən "TUV AUSTRİA" şirkətinin direktoru - Mustafa Percincek də olub. "Azexport" haqqında ətraflı məlumat alan M. Percincek şirkətin portalla ən qısa zamanda əməkdaşlığa başlamaqda maraqlı olduqlarını bildiriblər.
Regionun önəmli kənd təsərrüfatı tədbiri hesab olunan və 3 gün davam edən sərgidə 28 ölkədən 331 şirkət təmsil olunub. Sərgidə Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan, Ukrayna ilə yanaşı Azərbaycanın çoxsaylı yerli şirkətləri yer alıb.










Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azexport-antalyada-kecirilecek-the-global-engagement-of-agriculture-and-technology-sergisine-devet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR