"Yuventus"un ulduzu Türkiyə nəhənginə keçir

"Yuventus"un ulduzu Türkiyə nəhənginə keçir
15:37 20 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

“Yuventus”un hücumçusu Mario Mancukiç yeni mövsümə “Beşiktaş”da başlaya bilər. Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu xorvatı mərkəz hücumçusu mövqeyində oynatmaq üçün istəyir.


Massimiliano Alleqrinin son vaxtlar sol cinahda güvəndiyi futbolçu özü də türklərin təklifinə soyuq yanaşmır. İş ondadı ki, italyanlar “Beşiktaş”dan Turin klubuyla olan müqaviləsinin müddəti 2019-cu ildə başa çatacaq hücumçu üçün böyük məbləğdə təzminat tələb edir. “Qartallar”ın rəhbərliyi “para sandığının ağzını açacağı” halda, keçid reallaşacaq.

 

Qeyd edək ki, Mancukiç bu mövsüm “Yuventus”un formasıyla 47 oyuna çıxıb. Bu matçlarda 9 qol vuran forvard 7 məhsuldar ötürmə etməyə də imkan tapıb.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyuventusquotun-ulduzu-turkiy-nhngin-kecir-t58212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR