Azərbaycan və NATO əməkdaşlığı gücləndirir

Azərbaycan və NATO əməkdaşlığı gücləndirir
15:47 20 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO nümayəndələrinin Azərbaycana son səfərləri tərəflər arasında tərəfdaşlıq proqramının reallaşdırılması kursunu nəzərdən keçirməyə imkan verib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə NATO-nun Brüsseldəki ofisindən təşkilatın baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Tacan İldem və müdafiə siyasəti və planlaşdırma üzrə müavini Conatan Perişin Bakıya son səfərlərini şərh edərkən bildiriblər.

Alyansın ofisindən bildirilib ki, səfərlər çərçivəsində tərəfdaşlıq proqramı ilə bağlı tərəflər fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlıq "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/546764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR