Play Store

Cəlilabadda “07”lər toqquşub, 2 nəfər yaralanıb

Cəlilabadda “07”lər toqquşub, 2 nəfər yaralanıb
15:52 20 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 20 may. REPORT.AZ/ Cəlilabadda yol qəzasında 2 nəfər xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun ərazisindən keçən hissəsində, diaqnostika mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, iki “VAZ-2107” markalı avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra yaralılardan biri reanimasiya şöbəsində yerləşdirilib, digəri isə Masallıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-07-ler-toqqusub-2-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR