Play Store

Hindistanda 167 nəfər istidən öldü

Hindistanda 167 nəfər istidən öldü
16:05 20 May 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il aprelin 1-dən indiyədək Hindistanda 167 nəfər istidən ölüb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Deccan Chronicle" məlumat yayıb. Məlumatlar ölkənin Telenqana ştatına aiddir.

Ölümün dəqiq səbəbləri yaradılmış komissiyanın hesabatından sonra məlum olacaq. Bildirilir ki, son günlər Telenqanada temperatur 40 dərəcədən aşağı düşmür. Ştatın bəzi bölgələrində isti 47 dərəcəyə kimi qalxır.

2016-cı ildə Hindistanda istidən 700 nəfər ölüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR