Məşhur müğənninin yazdığı mesaj BAŞINA BƏLA oldu

Məşhur müğənninin yazdığı mesaj BAŞINA BƏLA oldu
16:13 20 May 2017
126 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Coşğun Sabah pianoçusuna yazdığı mesaja görə təzminat ödəyəcək.

Publika.az xəbər verir ki, vergidən yayınma ilə bağlı haqqında şikayət olunan Sabah öz pianoçusundan şübhələnib və buna görə ona belə bir mesaj atıb: “Rəzil, cahil hərif! Uca Allahın cəhənnəmdə odun olaraq istifadə edəcəyi ən əsas cisimsən. Vergi qaçaqçısı sənsən, aciz, qaraqabaq! Özünü ağıllı göstərən axmaq! O siçana bənzəyən sifətini görməyin tək təsəllisi sənin orda alçalmış halından zövq almaqdır!”.

Murad Manap adlı pianoçu tənbəllik etmədən mesajı əlaqədar qurumlara göstərincə, olan olub. İndi Coşğun Sabah şikayətçiyə 6 min TL təzminat ödəyəcək.

Qeyd edək ki, Coşğun Sabah həyat yoldaşına da boşanarkən 2 milyon təzminat ödəyib.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR