ABŞ-ın Türkiyəyə qarşı XAİN PLANI – Bir ay sonra HÜCUM OLACAQ

ABŞ-ın Türkiyəyə qarşı XAİN PLANI – Bir ay sonra HÜCUM OLACAQ
16:38 20 May 2017
168 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ PKK-nın Suriya qolu olan PYD-yə ağır silahlar və zirehli texnika verib.

Publika.az
xəbər verir ki, bu silahlar Donald Trampın təlimatından sonra verilib.

Terror təşkilatına ilk hərbi yardım olaraq verilən hərbi texnika arasında gecə görmə cihazları, lazer sistemləri, minaatanlar, avtomatlar, hava müdafiəsi raketi, zirehli avtomobillər və s. var. Lakin tank və zirehli texnika yox idi.

Ankaranın əldə etdiyi kəşfiyyat məlumatlarına görə, ABŞ Türkiyəni hədəfə alan terrorçulara hərbi dəstəyi artırıb. Tank, zirehli texnika kimi ağır silahların daxil olduğu böyük yardım bu ilin iyun ayında olacaq.

Ehtimallara görə, ABŞ PYD-ni gücləndirərək, Suriyada “vəkalət müharibəsi” aparacaq. Həmçinin, Türkiyəyə qarşı bu qüvvələrdən istifadə olunacaq.

Türkiyə ABŞ-ın terrorçulara silah verməsinə qarşı çıxır və hər an hücum əməliyyatı keçirə biləcəyini deyir. Artıq türk ordusunun xüsusi təyinatlı qrupları Suriya sərhədində hücum üçün hazır vəziyyətə gətirilib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR