İraqda 4 partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb

İraqda 4 partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb
16:42 20 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ İraqın Bağdad və Bəsrə şəhərlərində terrorçu-kamikadzenin intiharı nəticəsində ölənlərin sayı 52 nəfər çatıb.
“Report” Habertürk-ə istinadən xəbər verir ki, bu haqda məlumatı yerli polis idarəsi yayıb.
İnformasiyaya əsasən, terrorçu-kamikadzelər bir gecə 4 terror hücumu edib.
Məlumata görə, Bəsrədə neft yatağı yaxınlığında Romeila və Əl-Sadrada törədilən iki partlayış nəticəsində 33 nəfər ölüb.
Bağdadın cənubunda isə 19 nəfər iki müxtəlif yerdə törədilən partlayışın qurbanı olub. Ölənlər arasında təhlükəsizlik qurumunun əməkdaşları da var.
Polis bildirib ki, avtomobildəki intiharçı polis bölməsinin 100 metrliyində özünü partladıb. Bu hadisə nəticəsində ölən olmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqda-4-partlayis-neticesinde-olenlerin-sayi-52-ye-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR