Gəncədə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Gəncədə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
17:02 20 May 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 20 may. REPORT.AZ/ Gəncə şəhərində 15 yaşlı qız pilləkəndən yıxılaraq ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 
Belə ki, qəsəbə sakini, 2002-ci il təvəllüdlü Süleymanov Fidan Ərəbxan qızı yaşadığı fərdi evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması alıb. 
Yaralı yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər yaralıya tibbi yardım göstərdikdən sonra onu travmatologiya şöbəsinə yerləşdiriblər. Hazırda xəstənin vəziyyəti orta-ağırdır. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-15-yasli-qiz-bedbext-hadise-neticesinde-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR