Kimlər "Maşın Şou"dan imtina etdi? - Röya, Elxa...

Kimlər "Maşın Şou"dan imtina etdi? - Röya, Elxa...
17:14 20 May 2017
331 Digər
Ölkə mətbuatı
A- A+

"M Group Production"ın komandası var gücü ilə "Maşın Şou"nun 14-cü mövsümünə hazırlaşır. Şou hələ başlamayıb, amma artıq qalmaqallar yaranır". Bu sözləri layihənin aparıcısı Murad Dadaşov jurnalistlərlə görüşündə deyib.

 

APA TV-nin məlumatına görə, şou üçün seçilən insanları o, şəxsən dəvət edib: "Hazırlıq çox ciddi şəkildə, çox yüksək səviyyədə gedir. Dekorasiya işləri bitmək üzrədir. Çox mürəkkəb televiziya avadanlığı gətirilib və artıq quraşdırılıb. Azərbaycanda bu miqyasda ikinci layihə yoxdur".

 

Realiti şounun büdcəsi bu dəfə kifayət qədər böyükdür: "Bu dəfə "Maşın şou"nun büdcəsi, həmişə olduğu kimi, çox yüksəkdir. Azərbaycanda verilişlər sırasında ən bahalısı "Maşın" realiti şousudur. Büdcə yarım milyondur".

 

Şounun yüksək səviyyədə təqdimatı üçün qonşu ölkələrdən gətirilən Yaponiya istehsalı texniki avadanlıqdan istifadə olunacaq.

 

Murad Dadaşov şouda iştirak üçün tapşırılan adamların olduğunu da açıqlayıb. "Hətta pul təklif edənlər də var", - deyə o, əlavə edib. Amma son nəticədə şəxsi dəvət alan məşhurlar arasında seçim edilib: "Mən 1-2 nəfər var idi ki, çox istəyirdim ki, şouda iştirak etsinlər. Məsələn, Elza Seyidcahan. Bu müddət ərzində xaricdə olacaq. Fikirləşirdim ki, Röya olacaq. Onun gözəl bir övladı var. Hüseynin kirvəsiyəm. Ona görə də bu məsələnin üstünə çox gedə bilmirəm".

 

Xatırladaq ki, qalibə 30 min dollarlıq maşın veriləcək.

 

M.Dadaşov sonda "Survivor" layihəsi ilə maraqlandığını, əgər mümkün olarsa, bu realiti şounu da həyata keçirəcəyini açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR