Paytaxt klubuna 1 milyardlıq təklif

Paytaxt klubuna 1 milyardlıq təklif
17:24 20 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı biznesmen Alişer Usmanov “Arsenal”ın hissələrini almaq fikrinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Özbəkistan əsilli Usmanov bunun üçün astronomik məbləğdə pul təklif edib.

 

Hazırda London klubunun hissələrinin 30 faizinə sahib olan 63 yaşlı biznesmen klubun əsas söz sahibi olmaq arzusundadı. Bunun üçün o, hazırda paytaxt klubunun əsas sahibkarı sayılan amerikalı Stan Kroenkeyə düz 1 milyard funt-sterlinq təklif edib. Usmanov kluba daha çox yatırım edəcəyinə söz versə də, Kroenke onun təklifinə isti yanaşmır.

 

Qeyd edək ki, Premyer Liqada sona 1 tur qalmış 5-ci pillədə qərarlaşan “Arsenal” 2000-ci ildən bəri ilk dəfə Çempionlar Liqasından kənarda qalmaq təhlükəsi ilə üz-üzədi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR